Hokkey

Əfsanəvi çexiyalı qapıçı Putinlə görüşdən niyə imtina edib?

58 yaşlı əfsanəvi çexiyalı sabiq qapıçı Dominik Qaşek “Spartak”da çıxış edərkən Rusiya prezidenti Vladimir Putinlə görüşdən necə imtina etdiyini danışıb.

“2010-2011-ci illərdə Rusiyada, Moskvanın “Spartak” klubunda çıxış edirdim. Putinin olduğu bəzi tədbirlərə də dəvət olunmuşdum. Bu, iki dəfə baş verdi.

Və hamı mənim ora getmək istəmədiyimə çox təəccübləndi. Çünki orada olan dostlarımla, xüsusən də slovaklarla vaxt keçirmək istəyirdim. Mən imtina etdim, klub rəhbərliyi də bunu başa düşə bilmədi, mənə dedilər ki, cənab Putin orada olacaq, mən ora gəlsəm sevinəcək.

Və o vaxt Putin heç prezident də deyildi. Rusiyanın hansı tərəfə getdiyini bilmirdim. Mən xokkey oynamışam, o tədbirdə ola bilərdim, amma olmamışam”, – Qaşek YouTube-dakı “Bold Talk” proqramında deyib.

Aut.az