İspaniya

“Barselona” onun üçün yeni müqavilə hazırlayır: Flik təsdiqlədi

“Barselona”nın baş məşqçisi Hans-Dieter Flik bildirib ki, klub hazırda müdafiəçi Erik Qarsiya ilə müqavilənin uzadılması barədə danışıqlar aparır.

Aut.az xəbər verir ki, “Mundo Deportivo” məşqçinin sözlərini belə təqdim edir:

“Erik kimi futbolçuya sahib olmaq məşqçi üçün əla bir haldır. Müqavilə üzərində işləyirik, hər şey hazır olanda bunu açıqlayacağıq. Hamı görür ki, Erik böyük irəliləyiş edib. O, hər mövqedə inamla çıxış edir və yüksək səviyyəli oyun nümayiş etdirir”, – deyə Flik bildirib.

Erik Qarsiya “Barselona” akademiyasının yetirməsidir.  Cari mövsümdə o, Flikin əsas oyunçularından birinə çevrilib, 17 matçda meydana çıxıb və 1 qolla yadda qalıb.

Aut.az