“Real”ın futbolçusu sıradan çıxdı
“Real”ın yarımmüdafiəçisi Aurelyen Çuameni zədələndiyi üçün üç həftə meydana çıxmayacaq.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Madrid klubu fransalı futbolçuda sol ayağının yarımşinəvər əzələsində zədənin aşkarlanmasını təsdiqləyib.
25 yaşlı Çuameni La Liqanın 12-ci turunda noyabrın 9-da keçiriləcək “Rayo Valyekano” ilə oyunu buraxacaq və Fransa yığmasına çağırılmayacaq. “Real” rəhbərliyi onun noyabrın 26-da Çempionlar Liqasında “Olimpiakos”la görüşə qədər sağalacağına ümid edir.
Çuameni cari mövsümdə İspaniya çempionatında 11, Çempionlar Liqasında isə 4 oyunda forma geyinib.
Aut.az
