“Liverpul”un tarixində belə bədayaq futbolçu olmamışdı
Aleksandr İsak “Liverpul”un tarixində unikal antirekord müəyyənləşdirib.
Aut.az xəbər verir ki, İsakın start heyətində çıxdığı ilk dörd oyunun hamısında “Liverpul” məğlub olub.
İsakilk belə aqibətlə üzləşən ilk “Liverpul” futbolçusudur.
Noyabrın 22-də mersisaydlılar öz meydanında “Nottingem Forest” ə 0:3 hesabı ilə məğlub olublar. İsak oyuna start heyəində başlayıb.
Bundan əvvəl isveçli Premyer Liqada “Kristal Pelas” (1:2), “Çelsi” (1:2) və “Mançester Yunayted” (1:2) ilə matçlarda da start heyətində başlayıb.
Forvard yayda 125 milyon funta “Nyukasl”dan alınıb. O, Premyer Liqada keçirdiyi 5 matçda qol vurmayıb və yalnız bir məhsuldar ötürmə edib.
Aut.az
