Amorim narazılıq etdi: Bizim üçün əlverişlidir, amma azarkeşlərə görə…
24 noyabr bazar ertəsi günü “Mançester Yunayted” öz meydanında “Everton”la qarşılaşacaq.
Aut.az xəbər verir ki, Premyer Liqanın 12-ci turunun oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. Lakin matçın vaxtı “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin xoşuna gəlməyib. O, bu qərardan narazılıq edib:
“Bizim üçün əlverişlidir, amma azarkeşlərə görə şənbə-bazar günləri oynamağı üstün tutardıq. Bu, ən vacibidir. Başa düşürəm ki, bu bir biznesdir, bizə çox pul qazandıran telekanalların maraqlarına hörmət etməliyik, amma mən daha çox həftəsonu keçirilən oyunları sevirəm. Hər halda, “Old Trafford” həmişə dolu olur, buna görə də bizi xüsusi bir axşam gözləyir”.
Hazırda “qırmızı şeytanlar” 11 oyundan sonra topladığı 18 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Aut.az
