İngiltərəİtaliya

İbrahimoviç onunla görüşdü – “Milan”a keçir?

Milan”ın sahibinin müşaviri Zlatan İbrahimoviçin “Mançester Siti”nin 34 yaşlı sağ cinah müdafiəçisi Kayl Uokerlə İtaliya nəhənginə keçməsi üçün fikir mübadiləsi aparıb.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində  jurnalist Loik Tanzi məlumat verib.

Mənbənin sözlərinə görə, “rossonerilər” Uoker üçün “Mançester Siti”yə daha konkret təklif irəli sürməzdən əvvəl legioner üçün heyətdə yer boşaltmalıdırlar.

Dünən, yanvarın 11-də “Siti”nin baş məşqçisi Pep Qvardiola bildirib ki, 34 yaşlı futbolçu klubdan onu satmaq variantlarını araşdırmağı xahiş edib.

Bu mövsüm Uoker klubda bütün yarışlarda 18 oyun keçirsə də, qol vura bilməyib. Futbolçunun əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” internet portalında verilən məlumata görə, 34 yaşlı futbolçunun bazar dəyəri 10 milyon avrodur.

Aut.az