İspaniyaİngiltərə

“Adidas” “Real”ın və “Liverpul”un ulduzlarını bir araya gətirdi – FOTOLAR

“Adidas” “Superstar: The Original Icon” kampaniyası ilə əfsanəvi “Superstar” idman ayaqqabılarını geri qaytarıb.

Aut.az xəbər verir ki, layihədə futbol ulduzları Cud Bellinqem və Florian Virts, eləcə də Stormzi, Olivia Din, Şiqörl və aktyor Barri Keoqan iştirak edirlər.

Hər bir iştirakçı “Superstar” üslub simvoluna çevirən küçə mədəniyyətini və özünüifadə ruhunu təcəssüm etdirir. “Real” və “Liverpul” ulduzları layihəyə mükəmməl uyğunlaşıb, İngiltərə və Almaniya millisinin yarımmüdafiəçiləri isə yalnız futbol ulduzu deyil, həm də meydandan kənarda üslub ikonası olduqlarını təsdiqləyiblər.

"Adidas" "Real"ın və "Liverpul"un ulduzlarını bir araya gətirdi - FOTOLAR

"Adidas" "Real"ın və "Liverpul"un ulduzlarını bir araya gətirdi - FOTOLAR