Digər

İnyestanın şirkəti qalmaqallı komandanın sahibi oldu

İspaniya millisinin və “Barselona”nın əfsanəvi futbolçusu Andres Inyestanın həmtəsisçisi olduğu NSN (Never Say Never) adlı idman–əyləncə şirkəti son illərdə “Israel Premier Tech” adı altında çıxış edən velokomandanın sahibi olub.

Aut.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Komandanın yeni adı “NSN Cycling Team” olacaq. 2026-cı ildə komanda İsveçrə lisenziyası ilə çıxış edəcək. Bunun səbəbi layihənin sponsoru olacaq İsveçrə investisiya platforması “Stoneweg”dir.

Xatırladaq ki, 2025-ci il mövsümünün sonunda “Israel Premier Tech” komandası Fələstin tərəfdarlarının hücum hədəfinə çevrilmişdi. Bundan sonra bir neçə əsas sponsor komanda ilə əməkdaşlığı dayandırmışdı. İndi isə layihə tam rebrendinqdən keçib və İsrail ilə bütün əlaqələrdən imtina edib.

Bununla belə, komandanın idman rəhbərliyində ciddi kadr dəyişikliklərinin olmayacağı gözlənilir. “NSN Cycling Team” qarşıdakı üç il üçün dünya şosse velosipedi üzrə ali divizion olan “WorldTour” lisenziyasına malikdir.

Aut.az