Kərim karyerasının bitirəndən sonra məşqçi işləyəcək?
“Əl-İttihad”ın 37 yaşlı fransız hücumçusu Kərim Benzema məşqçilik karyerasına başlamaq perspektivlərindən danışıb.
Aut.az xəbər verir ki, “Footmercato” Benzemadan sitat gətirib: “Bilmirəm. Artıq məşqçilik edən dostlarım var və onlar tez-tez mənimlə bu barədə danışırlar, lakin bu, çətin seçimdir. Futbolçu və məşqçi olmaq iki fərqli şeydir, lakin təzyiq eynidir”.
Bu mövsüm Benzema klub üçün bütün turnirlərdə 9 oyuna çıxıb, 5 qol vurub. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. O, əvvəllər “Lion”, “Real Madrid” və Fransa millisində çıxış edib.
Aut.az
