Dünya futbolu

Azərbaycanlı futbolçu Rusiyada turun rəmzi komandasına düşdü

“Zenit”də çıxış edən Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi komandasına düşüb.

Aut.az xəbər verir ki, müdafiəçi 17-ci turun “11-liy”inə seçilib.

O, “Rubin”ə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya start heyətində başlayıb və görüşü əvəz olunmadan keçirib.

Mirzəliyeva 10 və 13-cü turda da həftənin rəmzi “11-liy”ində yer alıb.