Onu fitə basacaqlar?
PSJ azarkeşləri Lionel Messini fitə basmaq fikrində deyillər.
Aut.az xəbər verir ki, “Goal.com” “Mundo Deportivo”nun yaydığı xəbəri təkzib edib. Bildirilirdi ki, Paris nəhənginin azarkeşləri “Renn”lə oyunda performansına və müqavilə ilə bağlı yaranan duruma görə Leonu fitə basmağı planlaşdırırlar.
Daha əvvəl məlumat yayılmışdı ki, Messi PSJ-də Kilian Mbappedən az məvacib almaq istəmir. Üstəlik, klubda bəzi şəxslər var ki, argentinalının qalmasının tərəfdarı deyil.
Aut.az
