İngiltərə

Agenti “Liverpul”la danışıq aparır

“Liverpul”un müdafiəçisi İbrahima Konate “mersisaydlılar”la müqaviləsini uzatmaq imkanından danışıb.

Fransız futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Aut.az xəbər verir ki, “Footmercato” Konatenin sözlərini sitat gətirib:

“Son vaxtlar mətbuatda çoxlu xəbərlər gördüm, məsələn, “Liverpul” mənə yeni müqavilə təklif edib… Bunun haradan gəldiyini bilmirəm. Agentlərim hələ də “Liverpul”la danışıqlar aparır və ümid edirəm ki, qərar tezliklə veriləcək və mən bunu açıqlaya biləcəyəm”.

Konate 2021-ci ilin yayından “Liverpul”da oynayır. Fransız daha əvvəl “RB Leypsiq”də çıxış edib. Mətbuatın yazdığına görə, 26 yaşlı mərkəz müdafiəçisi ilə “Real” maraqlanır.

Aut.az