İspaniya

“Barselona” Messiyə heykəl qoyacaq?

“Barselona”nın keçmiş idman direktoru Jordi Kroyff  Lionel Messinin şərəfinə abidənin ucaldılması ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, “Marca” Kroyffdan sitat gətirib:

“Messinin “Barselona”ya nə vaxt qayıdacağını bilmirəm, bu, tamamilə Leonun özündən asılıdır. Nə vaxtsa o, klubda öz yerini tutacaq və bu, nəzərə çarpacaq. Atam xüsusi bir insan hesab olunur, ona heykəl ucaltdılar və təbii ki, Leo da o qrupdadır.

Bu, lazım olan anda baş verəcək. Digər tərəfdən, Messi dünya çempionatında yüksək səviyyədə oynamağa davam edəcək. O, bu gün haqqında düşünür, nə vaxtsa Leo layiq olduğu yeri tutacaq”.

Aut.az