22 yaşında “təqaüd” – “Barsa”nın futbolçusu Səudiyyə Ərəbistanına gedir?
“Barselona”nın ispaniyalı hücumçusu Ansu Fati ilə “Əl-Hilal” və “Əl-Nəsr” maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Zədələrə görə bu mövsüm heyətə düşə bilməyən 22 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının iki nəhənginin hədəfindədir.
Səudiyyə variantı bir sıra futbolçular üçün “təqaüdə çıxmaq” sayılsa da, bildirilir ki, bu transfer karyerasını yenidən canlandırmaq üçün futbolçunun xeyrinə olar.
Bu mövsüm Ansu Fati 6 oyun keçirib, qol vurmayıb.
Aut.az
