“Barsa” və “Real”ın hədəfindədir: Hansını seçəcək?
“Bavariya”nın yarımmüdafiəçisi Leroy Sane karyerasını La Liqada davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, 27 yaşlı almaniyalı ilə “Barselona” və “Real” maraqlanır. Sane özü hələ Münhen klubunun nümayəndələri ilə gələcəyi ilə bağlı məsələni müzakirə etməyib.
Sane 2020-ci ilin iyulunda “Mançester Siti”dən “Bavariya”ya keçib. Transfer məbləği 49 milyon avro olub. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” onu 65 milyon avro dəyərində qiymətləndirir.
Ötən mövsüm Sane bütün yarışlarda 44 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib. Bu il yarımmüdafiəçi artıq 10 oyun keçirib və 6 qol vurub.
Aut.az
