Əfsanə onun dərdini göstərdi: Dərsinin rənginə görə yox, dilinə görə söyülür
“Real Madrid”in və “Valensiya”nın keçmiş qapıçısı Santiaqo Kanisares, bu ölkədə irqçilik problemi aradan qaldırılmasa, 2030-cu il dünya çempionatına ev sahibliyinin İspaniyadan alınmasının vacibliyini bildirən Vinisius Juniorun sözlərinə reaksiya verib.
Aut.az xəbər verir ki, əfsanə Vinisiusun məhz çox danışdığına görə təhqir olunduğunu iddia edib.
“Vinisiusu dərisinin rənginə görə yox, dilinə görə İspaniyada bəyənmirlər. O, əvvəllər “Mestalya”nın (“Valensiya”nın stadionu) irqçi bir stadion olduğunu deyərkən başını işə salmışdı və indi bunu yenidən edir. Onun yetkinliyi ilə bağlı suallar var. Mən Karvaxala və ya de la Fuenteyə (İspaniyanı təmsil edən insanlar kimi) qulaq asmağa üstünlük verərdim”, – Kanisares “Cadena Cope”ya bildirib.
Aut.az
