Maaşları yarıbayarı azalacaq, elitanı tərk etsələr
Premyer Liqadan düşərsə, “Tottenhem”in əksər oyunçularının maaşları təxminən 50% azaldılacaq.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, “Bu bənd sentyabr ayında Daniel Levinin sədr vəzifəsindən getməsindən əvvəl imzalanmış bütün müqavilələrə daxil edilmişdi və bu da “Tottenhem”i fəlakətli düşmə ssenarisindən müəyyən dərəcədə qoruyur”.
28 oyundan sonra “Tottenhem” turnir cədvəlində 16-cı yerdədir və düşmə zonasından dörd xal yuxarıdadır. Londonlular Çempionşipə sonuncu dəfə 1977-ci ildə düşüblər.
Aut.az
