Flik “Barsa”dan ayrılır? – Reaksiya gəldi
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubdan ayrılmaq fikrində deyil.
Aut.az xəbər verir ki, daha əvvəl almaniyalı məşqçinin yayda yorğunluğu səbəbindən postunu tərk etmək istədiyi haqda məlumat yayılmışdı.
Onun bəzi futbolçulardan məyus olduğu iddia edilirdi.
Lakin bu məlumat həqiqətə uyğun deyil. “Sky Sport”un jurnalisti Florian Plettenberq yazır:
“Flik “Barsa”da xoşbəxtdir və işləməyə davam etmək istəyir”.
Məşqçinin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Aut.az
