İspaniya

“Real”ın əfsanəsi Yamal haqda: Messidən utansın

“Real Madrid”in sabiq hücumçusu İvan Samorano “Barselona”nın vingeri Lamin Yamalın Madrid klubu ilə bağlı dediklərinə cavab verib.

Aut.az xəbər verir ki, Samorano “El Chiringuitonun” “El Cafelito” proqramında deyib:

“Real” ləyaqət və mədəniyyətə malik komandadır və Madriddə oynayan oyunçular bunu təcəssüm etdirməlidir.

Mən heç Messinin “Real” haqda belə sözlər dediyini eşitmədim və o, dünyanın ən yaxşısı idi”.

Xatırladaq ki, “Kings League” media futbol liqasının yayımı zamanı 18 yaşlı futbolçu Madrid komandasının “saxtakarlıq etdiyini və sonra da .şikayətləndiyini” bildirmişdi.

Aut.az