İspaniya

Xavi orada olana qədər qayıtmayacaq

PSV-də icarə əsasında çıxış edən “Barselona”nın müdafiəçisi Sercino Dest gələcəyi haqda danışıb.

Aut.az xəbər veririk, niderlandlı futbolçu Xavinin orada çalışdığı müddətdə “Barsa”nın düşərgəsinə qayıtmayacağını bildirib.

“Xavi orada olduğu müddətdə mən “Barselona”ya qayıtmayacağam”, – Dest “Voetbal International”a deyib.

2023-cü ilin avqustunda “Barselona”nın müdafiəçisi Sercino Dest icarə əsasında PSV-yə keçib. İcarə 2024-cü ilin iyun ayına qədər etibarlıdır. Daha əvvəl mətbuatda Niderland klubunun rəhbərliyinin amerikalını 10 milyon avroya almaq opsiyasını aktivləşdirməyə qərar verdiyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Destin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Aut.az