Əlvida, siçovul: Vandallar Trent divarını məhv edirlər –FOTO
Vandallar 2025-ci ildə azad agent kimi “Real”a keçən “Liverpul”un keçmiş müdafiəçisi Trent Alexander-Arnoldun divar şəklini dağıdıblar.
Aut.az xəbər verir ki, “Enflid” stadionundan bir neçə dəqiqəlik məsafədə olan divar rəsmləri boya ilə örtülüb və ispan dilində “Əlvida siçovul” yazılıb.
Vandallar divarın üzərindəki sitata “siçovul” sözünü də əlavə ediblər: “Arzuları gerçəkləşən Liverpuldan olan sadə oğlan” sitatı əlavədən sonra belə oxunur: “Arzuları gerçəkləşən Liverpuldan sadə bir oğlan siçovul oldu”.
Lakin qeyd edilir ki, işçilər artıq şəkli təmizləyərək ilkin vəziyyətinə qaytarıblar.
Aut.az

