İngiltərə

Mareska Palmerin zədəsindən danışdı: Durumu ciddidir?

“Çelsi”nin baş məşqçisi Enso Mareska Koul Palmerin durumundan danışıb.

Aut.az xəbər verir ki, zədəli olan yarımmüdafiəçi son anda “Vest Hem”lə keçirilən Premyer Liqanın 2-ci tur matçının (5:1) start heyətindən son anda çıxarılıb.

“Son dörd-beş gündə Koul tam formada deyildi. Bu gün isinməyə çalışdı, amma nəsə hiss etdi və biz risk etməməyi, vəziyyəti daha da ağırlaşdırmamağı üstün tutduq. Görəcəyik, bu ciddi məsələdir, ya yox.

Onun qasıq nahiyəsində problem var. O, artıq “Kristal Pelas”la oyuna da yüz faiz hazır deyildi, amma klub, komanda və azarkeşlər naminə var gücü ilə oynamağa çalışdı, çünki doğrudan da komandaya sadiqdir. Bu gün yenidən cəhd etdi, amma nəticə yaxşı alınmadı”.