İngiltərə

Onların oyununda heç bir boşluq görmürəm: Şirer hansı komandanı deyir?

Premyer Liqanın bütün zamanların bombardiri və “Nyukasl”ın əfsanəsi Alan Şirer “Arsenal”ın oyununa heyran olduğunu bildirib.

Şənbə günü Premyer Liqanın 10-cu turunda londonlular səfərdə “Bernli”yə qalib gələrək (2:0) çempionatdakı liderliyini möhkəmləndiriblər.

Aut.az xəbər verir ki, Şirer “BBC Sport”a deyib:

“Mən “Arsenal”ın heç bir zəif tərəfini görmürəm. Onlar yenə də standart vəziyyətdən qol vurdular, lakin onların oyununda daha çox şey var.

Onların Kalafiori və Timberi öndə saxlayaraq üstünlük yaratmalarını və bundan necə istifadə etmələrini bəyənirəm”.

Aut.az