Alonsonun “Çelsi” ilə imzaladığı müqavilənin detalları açıqlandı
Xabi Alonso ilə “Çelsi” arasında imzalanacaq müqavilənin detalları məlum olub.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrisio Romano məlumat yayıb.
O iddia edir ki, Alonso ilə bağlanacaq müqavilə 4 il müddətinə nəzərdə tutulub və sözləşmə 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
“Real”ın sabiq baş məşqçisinin “Çelsi”yə təyinatının yaxın günlərdə rəsmi elan olunacağı gözlənilir.
Aut.az
