İngiltərə

Kapitanla bağlı qərar verildi

Mərkəz müdafiəçisi Kristian Romero “Tottenhem”lə yeni uzunmüddətli müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun saytında məlumat verilib.

Müqavilənin detalları açıqlanmayıb.

Bu yay Romero, “Los-Anceles”ə keçən Son Hın Minin yerinə “Tottenhem”in kapitanı seçilib.

27 yaşlı argentinalı oyunçu 2022-ci ilin yayında “Atalanta”dan 52 milyon avroya transfer olunub. O, London klubunun heyətində 126 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Argentina yığmasının heyətində 44 oyunu və 3 qolu var.