İngiltərə

“Çelsi” onun transferini açıqladı

“Aston Villa”nın yarımmüdafiəçisi Omari Kelliman “Çelsi”yə keçib.

Aut.az xəbər verir ki, London klubu 18 yaşlı futbolçu ilə 6+1 illik müqavilə imzaladıqlayıb. Transferin 22,5 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Kelliman 2022-ci ildə “Derbi Kaunti”dən “Aston Villa”ya keçib. Yarımmüdafiəçi Unai Emerin rəhbərlik etdiyi komandada 2023-cü ilin avqustunda debüt edib və 6 oyunda 1 məhsuldar ötürmə edib.

Aut.az