Dünya futboluİngiltərə

“Əl-İttifaq” onun yerinə futbolçu tapdı – İngiltərədə

Səudiyyə Ərəbistanı “Əl-İttifaq” komandanı tərk edən Cordan Hendersona əvəzləyici tapıb.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Mənbənin məlumatına görə, “Əl-İttifaq” rəhbərliyi Abdulaye Dukure ilə bağlı İngiltərənin “Everton” klubuna müraciət edib. Eyni zamanda, səudiyyəlilər artıq yarımmüdafiəçinin qohumları ilə danışıblar.

Xatırladaq ki, 2023-cü ilin yayından komandada olan Henderson “Əl-İttifaq”dan ayrılaraq “Ayaks”la müqavilə imzalayıb. Müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Aut.az