İtaliya

“İnter”ə şad xəbər: Geri qayıdır

“İnter” və Fransa yığmasının hücumçusu Markus Tyuram zədəsini tam sağaldıb.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Daniyele Mari məlumat yayıb.

Sentyabrın 30-da Tyuram Çempionlar Liqasının “Slaviya” (Praqa) ilə oyununda (3:0) bud əzələsinin arxa hissəsindən zədə almış və o vaxtdan bəri meydana çıxmamışdı.

Bu gün 28 yaşlı fransalı hücumçu “İnter”in ümumi qrupunda tam formatda məşq keçib. Gözlənilir ki, o, A Seriyasının növbəti turunda, “Verona”ya qarşı keçirəcəyi matçda iştirak edəcək.

Cari mövsümdə Tyuram bütün turnirlərdə “İnter”in heyətində 7 matçda 5 qol vurub və 2 asist edib. “Neradzurri” son turda evdə “Fiorentina”nı 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “İnter”in “Verona” ilə oyunu noyabrın 2-si Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Aut.az