İspaniya

Alonso onunla danışmır: Prezident bazaya gəlib ki…

“Real Madrid”in prezidenti Florentino Peres hücumçu Vinisius Junioru baş məşqçi Xabi Alonso ilə barışdırmaq məqsədilə komandanın məşq bazasına baş çəkib.

Aut.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbənin sözlərinə görə, La Liqanın 10-cu turunun “Barselona” ilə matçının 72-ci dəqiqəsində əvəzlədikdən sonra (2:1) braziliyalının ictimaiyyət qarşısında nümayiş etdirdiyi mənfi reaksiyadan sonra Vinisius və Alonso bir-biri ilə danışmır.

Xatırladaq ki, hadisədən sonra Vinisius klubdan, komanda yoldaşlarından və prezidentdən üzr istədiyi, lakin Alonsonun adını çəkmədiyi bir mesaj paylaşıb.

Aut.az