İspaniya

Flik “Kərimi alın” dedi: Rəhbərlik hərəkətə keçdi

“Barselona”sının alman baş məşqçisi Hans-Diter Flik Dortmund “Borussiya”sının vingeri Kərim Adeyeminin transferini istəyib.

Aut.az xəbər verir ki, bu barədə “EL Nacional” məlumat yayıb.

Mənbənin məlumatına görə, 59 yaşlı mütəxəssis 23 yaşlı futbolçunun istedadının pərəstişkarıdır və “Blauqrana” rəhbərliyindən futbolçunu transfer etməyi xahiş edib. Klub prezidenti Joan Laporta yay transfer pəncərəsində ulduzu transfer etməyə hazırlaşır.

Kərim Adeyemi bu mövsüm klub səviyyəsində 18 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.

Aut.az