Xavi “Barsa”dakı səhvini etiraf etdi: Bir daha təkrarlanmamalıdır
Xavi Hernandes “Barselona”da işlədiyi müddətdə etdiyi səhvdən danışıb.
İspaniyalı mütəxəssis 2021-ci ilin payızında komandada işləməyə başlayıb və 2022/23 mövsümünün sonunda onları çoxdan gözlənilən La Liqa çempionluğuna aparıb. Bundan sonra özünün də etiraf etdiyi kimi, rahatlaşıb.
Aut.az xəbər verir ki, İspaniya mediası Xavinin sözlərini sitat gətirib:
“İlk il yarımda son dərəcə tələbkar idim. Oyunçulardan, xüsusən də klub prezidenti Joan Laportadan çox şey tələb edirdim. La Liqa və İspaniya Super Kubokunu qazandıqdan sonra, sanki rahatladım və fərqinə varmadan səviyyəni aşağı saldım. Bu, bir daha təkrarlanmamalıdır”.
Əfsanəvi keçmiş yarımmüdafiəçi 2024-cü ilin may ayında baş məşqçi vəzifəsindən kənarlaşdırılıb və onun yerinə Hans-Dieter Flik təyin edilib.
Aut.az
