İngiltərə

“Qarabağ”ın rəqibində ciddi itki: 6 həftə olmayacaq

“Liverpul”un müdafiəçisi Cereminin zədə səbəbindən təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Aut.az xəbər verir ki, bu barədə “TalkSport” məlumat yayıb.

Frimponq oktyabrın 23-də Çempionlar Liqasının 3-cü turunda Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə oyunda (5:1 hesablı qələbə) zədə alıb. O, diz nahiyəsindən zədə alıb və sağalma müddətinin ay yarım olacağı gözlənilir.

Bu o deməkdir ki, Frimponq bir sıra vacib matçları, o cümlədən Çempionlar Liqasında “Real” və Premyer Liqada “Mançester Siti” ilə oyunları buraxacaq.

Xatırladaq ki, Frimponq bu yay 40 milyon avroya “Bayer”dən  “Liverpul”a keçib. O, bu mövsüm bütün turnirlərdə doqquz matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

Daha əvvəl “Liverpul”un digər futbolçusu, yarımmüdafiəçi Rayan Qraverberq zədələnmişdi.

Qeyd edək ki, “Liverpul” ÇL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir.

Aut.az