İngiltərə

“Çelsi”nin üzvü İngiltərə millisində oynamaqdan imtina edəcək?

“Çelsi”nin müdafiəçisi Coş Açeamponq idman vətəndaşlığını dəyişə bilər.

Aut.az xəbər verir ki, bu barədə “TalkSPORT” məlumat yayıb.

Qana Futbol Assosiasiyası futbolçunu yaxından izləyir, çünki o, valideynlərinin əcdadı sayəsində ölkəni təmsil etmək hüququna malikdir. Qana millisi artıq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Federasiya bu amilin Acheamponqu milli komandaya cəlb etmək üçün üstünlük yaradacağına ümid edir.

Coş İngiltərə millisinin bütün aşağı yaş qruplarında çıxış edib və hazırda “üç aslanlar”ın gənclər komandasının üzvüdür. Bununla yanaşı, o, İrlandiya yığmasını da təmsil etmək hüququna malikdir.

Aut.az