İngiltərə

Oteli mühasirəyə aldılar, ətrafa od vurdular, amma məlum oldu ki… – VİDEO

“Arsenal” azarkeşləri çempionluq uğrunda mübarizədə sevimli komandalarına kömək etməyə çalışıblar.

Aut.az xəbər verir ki, “Mançester Siti”nin qaldığı London otelin qarşısına yollanan azarkeşlər gecə saat 2-də atəşfəşanlıq etməyə başlayıblar. Onlar bu yolla Premyer Liqanın 34-cü turundan təxirə salınmış oyunda “Tottenhem”lə qarşılaşacaq “şəhərlilər”in futbolçularının yuxusunu pozmağa çalışıblar.

Sonradan məlum olub ki, “Siti”nin futbolçuları oteldə olmayıblar. Komanda Londona bu gün səhər gəlib.

“Mançester Siti” “Tottenhem” üzərində qələbə qazanacağı təqdirdə, sonuncu tur öncəsi Premyer Liqada liderliyi ələ keçirəcək.