İngiltərə

“Yunayted” onun ayrıldığını açıqladı

“Mançester Yunayted” müdafiəçi Rafael Varanın mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa millisinin tərkibində 2018-ci ilin dünya çempionu 2021-ci ilin yayında 40 milyon avroya “Real”dan “Mançester Yunayted”ə keçib. 31 yaşlı fransalı “Yunayted”in heyətində 93 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Müdafiəçinin müqaviləsində əməkdaşlığı daha bir mövsüm – 2025-ci ilin yayına qədər uzatmağa icazə verən bənd var idi, lakin “Yunayted” bundan istifadə etməmək qərarına gəlib.

Aut.az