İngiltərə

“Liverpul” üçün çempionluq koridoru: Buna layiqdirlər

“Çelsi”nin baş məşqçisi Entso Mareska bildirib ki, komandası İngiltərə Premyer Liqasının (APL) 35-ci turunun matçından əvvəl “Liverpul” futbolçuları üçün çempionluq dəhlizi təşkil etmək niyyətindədir.

Aut.az xəbər verir ki, oyun mayın 4-ü, bazar günü keçiriləcək. Start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək.

“Düşünürəm ki, bu, ənənədir, bunu etmək lazımdır və biz bunu edəcəyik. Onlar liqanı qazandılar, ona görə də buna layiqdirlər. Ümid edirəm ki, biz də yaxın gələcəkdə çempion ola bilərik”, – Premyer Liqanın mətbuat xidməti Mareskanın sözlərindən sitat gətirib.

Aut.az