Qazax döyüşçü UFC-dən qovuldu
Qazaxıstanlı döyüşçüsü (57 kq-a qədər) Azat Maksum UFC- dən xaric edilib.
Aut.az xəbər verir ki, bu barədə “MMA Orbit” sosial şəbəkədə məlumat verib. O, ardıcıl 3 döyüşdə məğlub olduğu üçün bu qərar verilib.
Azat Maksumun 30 yaşı var. Qazaxıstanlı 2017-ci ildə peşəkar qarışıq döyüş ustası kimi debüt edib və 2023-2025-ci illərdə UFC-də yarışıb.
Maksum BƏƏ-nin Abu Dabi şəhərində keçirilən UFC 321 turnirində son döyüşündə yekdil qərarla amerikalı Mitçu Raposoya uduzub.
Qazaxıstanlı döyüşçünün dünyanın ən nüfuzlu təşkilatında bir qələbəsi və üç məğlubiyyəti var.
Aut.az
