“Müharibə səni bitirməmişdən əvvəl onu bitirməlisən”
Orta çəkidə ikiqat UFC çempionu İsrael Adesanya karyerasından razıdır.
Aut.az xəbər verir ki, 35 yaşlı döyüşçü idmana çox vaxtının qalmadığını etiraf edib:
“Bir çox insan hətta kəmərə, hətta UFC-yə də düşmür. İki dəfə kəmər qazandım. Yeganə ikiqat UFC orta çəki çempionuyam. Artıq əldə etdiklərim məni xoşbəxt etmirsə, nə etməliyəm? Xoşbəxtəm, amma razı deyiləm. Sınamaq istədiyim daha bir neçə şey, etmək istədiyim bir neçə fənd var.
Döyüş bitməzdən əvvəl döyüşü bitirməlisən… Mən bunu nə vaxt edəcəm? Mən bilmirəm. 20 yaşımın əvvəllərində dedim: “34 yaşım olanda bu oyunu bitirəcəm.” İndi 35 yaşım var, amma bilirəm ki, artıq yolun yarısına çatmışam və mütləq daha bir neçə il, bəlkə də 3 il lazımdır. Amma kim bilir? Sadəcə 40 yaşımda döyüşmək istəmədiyimi bilirəm”.
Aut.az
