Qaydasız döyüş

İslama bu döyüşçü qalib gələcək – Amerikalı məşqçi kimi deyir?

Amerikalı UFC döyüşçüsü Henri Sehudonun məşqçisi Eddi Ça rusiyalı İslam Maxaçevlə gürcü İliya Topuriya arasında mümkün döyüşdən danışıb.

Əvvəllər Topuriya yarımyüngül çəkidə çempionluq kəmərindən imtina edərək, çempionu Maxaçev olan yüngül çəki divizionuna keçib.

“İnsanlar məni dəli hesab edəcəklər, amma düşünürəm ki, İlya qalib gələcək. Topuriya mənim sevimli döyüşçülərimdən biridir. Onun üslubunu bəyənirəm. O, yaxşı güləşir və ayağa qalxan vəziyyətdə fenomenal hücuma malikdir. Mənim narahatlığım İslamla İlyas arasındakı ölçü fərqi ilə bağlıdır. Amma mən Topuriyaya mərc edirəm”, – Ça Ceyms Linçə müsahibəsində deyib.

İslam Maxaçev MMA üzrə 28 döyüş keçirib və onlardan 27-də qalib gəlib. İliya Topuriya 16 matçda 16 qələbə qazanıb.

Aut.az