Dünya futbolu

Bir vaxtlar Ronaldo ilə məşq edirdi: İndi tikintidə çalışır – FOTO

“Yuventus” akademiyasının keçmiş oyunçusu Cendrim Kameray bir vaxtlar Kriştiano Ronaldo ilə məşq edib və hazırda tikintidə çalışır.

Aut.az xəbər verir ki, Kameray “Yuventus”dan sonra “Luqano, “Kriens”, “KF Dukagjini” və “Zuq 94”də oynamağa çalışdı, lakin alınmadı.

O, karyerasını 25 yaşında bitirib.

“Mən “ICM Bau”da ofisdə işləyirəm və müdirimiz işin necə olduğunu və nə qədər çətin ola biləcəyini hiss etmək üçün tikinti sahəsində bir gün keçirməyimizi istəyir. Bu, masa arxasında işləməyimiz üçün nə qədər şanslı olduğumuzu daha da qiymətləndirməyə bizi məcbur edir”, – keçmiş futbolçu deyib.

O, Ronaldo ilə bağlı xatirlərini də bölüşüb:

“Bu, sürreal idi, xüsusi bir şey idi. Ronaldonun enerjisi hər kəsi əlindən gələni etməyə ilhamlandırırdı. Mənə ən çox təsir edən onun mentaliteti oldu; o, heç vaxt dayanmadı və daim özündən və ətrafındakılardan daha çox şey tələb edirdi. O, bir dəfə mənə dedi: “İstedad, ardıcıllıq və zəhmət olmasa dəyərsizdir”. Və bu ifadə mənə təsir etdi. Peşəkar olmağın əslində nə demək olduğunu başa düşdüm”.

Aut.az

Bir vaxtlar Ronaldo ilə məşq edirdi: İndi tikintidə çalışır – FOTO
Bir vaxtlar Ronaldo ilə məşq edirdi: İndi tikintidə çalışır – FOTO