Gökdeniz Rusiyanın bu klubunun baş məşqçisi olacaq
Gökdeniz Karadeniz “Nefteximik”in baş məşqçisi olacaq.
Aut.az xəbər verir ki, bu barədə “Metaratings” məlumat yayıb.
Bildirilir ki, klubun “Rubin”lə birləşməsindən sonra o, baş məşqçi postuna təyinat alacaq.
Qeyd olunur ki, iki klubun birləşməsi məsələsi təxminən 90 faiz həll olunub; qalan tək şey sənədləri hazırlamaq və hüquqi prosedurlara başlamaqdır.
Birləşmədən sonra “Nefteximik” məşqçi heyətini və oyunçularının əksəriyyətini dəyişdirməyi planlaşdırır. Komandaya Gökdeniz Karadeniz rəhbərlik edəcək.
“Rubin”, RPL-də əcnəbi oyunçulara qoyulan məhdudiyyətin mümkün sərtləşdirilməsini nəzərə alaraq, “Nefteximik”dən gənc oyunçular üçün sınaq meydançası kimi istifadə etmək istədiyi bildirilir .
Klubun adında kiçik dəyişikliklər də mümkündür.
Hazırda Nijnekamsk komandasını Kirill Novikov çalışdırır. Komanda PARI Birinci Liqasının turnir cədvəlində 27 oyundan sonra 35 xalla səkkizinci yerdədir.
Aut.az
