Dünya futbolu

Mbappe ilə bağlı suala sərt cavab verdi: Problem axtarırsan

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi jurnalistin Kilian Mbappe ilə bağlı sualına sərt cavab verib.

Aut.az xəbər verir ki, onun sözlərini Fransanın “RMC Sport” onlayn nəşri sitat gətirib.

“Bilirsən, problemlər axtarırsan. Mən ancaq öz oyunçularımdan danışıram. Mənə sual vermək istəyirsinizsə, PSJ-nin futbolçuları haqda soruşun”, – deyə Əl-Xəlaifi bildirib.

Ötən gün PSJ UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turu çərçivəsində “Mançester Siti”yə qalib gəlib (4:2). Yeddi turdan sonra aktivində 10 xal olan parislilər 23-cü pillədə qərarlaşıb. “Siti” səkkiz xal toplayıb və 25-ci yerdədir.

Aut.az