Dünya futbolu

DÇ-2026-nın ən yaşlı futbolçusu karyerasını bitirdi

Şotlandiya millisinin 43 yaşlı qapıçısı Kreyq Qordon futbol karyerasını bitirdiyini açıqlayıb.

Qordon DÇ-2026-da iştirak edən ən yaşlısı oyunçu idi.

Aut.az xəbər verir ki, Qordon sosial mediada paylaşım edərək deyib: “Sizi təmsil etmək mənim üçün şərəf idi. Ümid edirəm ki, siz də bundan mənim qədər zövq aldınız. Ürəkdən təşəkkür edirəm”.

Qordon Dünya Kubokunda meydana çıxmadı və qrup mərhələsinin hər üç oyununda ehtiyat qapıçı kimi qaldı;.

Qordon Şotlandiya millisində debütünü 2004-cü ildə edib və milli komandada 84 oyun keçirib ki, bu da komandanın tarixində beşinci ən yüksək göstəricidir.

Aut.az