Dünya futbolu

Boksçu pozası tutaraq mənə tərəf çevrildi: Luşeskunu kim hədələyib?

Rumıniya millisinin baş məşqçisi, əvvəllər Ukraynada “Şaxtyor”da çalışmış Mirça Luçesku Çempionlar Liqasının oyunlarından birindən sonra “şaxtaçılar”ın sabiq ulduzu Duqlas Kosta ilə baş verən münaqişəni xatırladıb.

“Bir dəfə braziliyalı Duqlas Kosta ilə münaqişə yaşadım. “Zenit”lə oyunda 0:1 hesabı ilə uduzduq (söhbət 2011/12 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin oyunundan gedir – red.) və oyundan sonra çoxu 19-20 yaşında olan futbolçular gülüb zarafatlaşərdılar… Çox əsəbiləşdim. Mən onlara yaxınlaşıb dedim: “Uşaqlar, siz qalib gəldiniz?” Bundan sonra Duqlas boksçu pozası alaraq yumruqlarını mənə tərəf çevirdi.

Duqlas, ona bir şey edəcəyimdən qorxdu, mən də ondan uzaqlaşdım və ertəsi gün danışdım və dedim ki, bu mənim günahımdır, çünki o anda belə reaksiya verməməliydim. Mən ona dedim: səni ikinci komandaya göndərmək və bir il orda saxlamaq mənim üçün çox asandır, amma bunu etməyəcəyəm, çünki bunu futbola qarşı etmiş olaram. Duqlas Kosta çox istedadlı idi”, – Luçesku bildirib.

Aut.az