“Bavariya” onunla müqaviləni uzatdı – FOTO
“Bavariya”nın mətbuat xidməti komandanın baş məşqçisi Vinsent Kompani ilə müqavilənin uzadıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, Münhen klubu ilə belçikalı məşqçi arasında yeni müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub.
Kompani 2024-cü ildən “Bavariya”ya rəhbərlik edir. Onun rəhbərliyi altında Münhen komandası 2024/2025 mövsümündə Bundesliqanın qalibi olub. Belçikalı bu mövsümün əvvəlində “Bavariya” ilə Superkuboku da qazanıb.
“Bavariya klubunun mətbuat xidməti mütəxəssisdən sitat gətirib:
“İlk gündən mənə göstərilən etimada görə minnətdaram, fəxr edirəm və təşəkkür edirəm. Mənə elə gəlir ki, mən artıq uzun müddətdir buradayam və “Bavariya”nı yaxşı tanıyıram. Bu, gözəl təcrübə oldu. Biz gözəl səyahətə başlamışıq. Gəlin çox çalışmağa davam edək və daha böyük uğurlar qazanaq”.
Aut.az

