Almaniya yığmasının əsrarəngiz bazası: Yüzillik qəsrdə qalacaqlar – FOTO
Bir çox aparıcı milli komandalar Şimali Amerikada keçiriləcək Dünya Kuboku zamanı böyük şəhərlərin yaxınlığında, oyunların keçiriləcəyi stadionlara daha yaxın yerlərdə qalmağı seçiblər.
Aut.az xəbər verir ki, amma Almaniya yığması başqa seçim edib. Baş məşqçi Yulian Naqelsmann oyunlara yaxşı hazırlaşmaq üçün tam sakitlik istəyirb.
Almaniya milli komandası, mübahisəsiz olaraq, qarşıdan gələn turnir üçün ən qeyri-adi bazalardan birini seçib. Almanlar Şimali Karolina ştatının Uinston-Salem şəhərindəki Ueyk Forest Universitetinin yaxınlığındakı “The Graylyn Estate” otelində qalacaqlar.
Almaniya milli komandasının oyunçuları regionun ən tarixi əhəmiyyətli binalarından biri hesab edilən yüzillik malikanədə yaşayacaqlar. Bina hazırda otel və konfrans mərkəzi kimi fəaliyyət göstərir.









