“Bavariya” pivənin şərəfinə bu formada oynayacaq – FOTO
“Bavariya” Oktoberfest pivə festivalının şərəfinə xüsusi formada meydana çıxacaq.
Aut.az xəbər verir ki, festival sentyabrın 20-dən oktyabrın 5-dək Münhendə baş tutacaq. Həmin ərəfədə Almaniya çempionu xüsusi formada bir oyun keçirəcək.
Dəst Bavariya əyalətinin milli geyimlərinin ənənəvi rənglərini xatırladan yaşıl elementləri olan açıq bej rəngdədir. Köynəkdə 2024/25 yubiley dəsti üslubunda incə naxış, keçən mövsümün Oktoberfest loqosunun yenidən işlənmiş versiyası və klassik “Adidas Trefoil” loqosu var.
Aut.az


