İspaniya

“Barselona” hücumçusu ilə bağlı qərarını verdi

“Barselona” hücumçu Ferran Torreslə müqaviləni uzatmağı planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, həm klub, həm də futbolçu əməkdaşlığın davam etdirilməsində maraqlıdır. 25 yaşlı ispan oyunçu dəfələrlə “Barselona”ya sadiqliyini vurğulayıb, klub isə onu hücum xəttində dəyərli futbolçu hesab edir.

Torres 2022-ci ilin yanvarından “Barselona”nın heyətində çıxış edir. 2025/26 mövsümündə o, 10 oyunda 5 qol vurub və 1 qol ötürməsi edib. Mövcud müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

“Transfermarkt” Ferran Torresin bazar dəyərini “50 milyon avro” olaraq qiymətləndirir.

Aut.az