“Hər oyunda 3 qol vurana nə deyə bilərsən?”
“Vilyarreal”ın baş məşqçisi Kike Seten PSJ-nin hücumçusu Lionel Messi ilə “Barselona”dakı işbirliyindən danışıb.
Aut.az xəbər verir ki, ispan mütəxəssis 35 yaşlı argentinalının öhdəsindən gəlməyin onun üçün asan olmadığını etiraf edib:
“Messi haqqında çox danışmağın mənası yoxdur. O, 14 il ərzində mənim diqqət mərkəzimdə olub. Onu belə xatırlamaq istəyirəm. Məni məyus etmədi.
Sadəcə bəyəndiyim şeylər var idi, amma bəyənmədiyim şeylər də var idi və bununla mübarizə aparmaq lazım gəlirdi. Onu ram etmək asan deyil. Hər oyunda 3 qol vurana nə deyə bilərsən?”
Xatırladaq ki, Seten 2020-ci ilin yanvar-avqust aylarında “Barselona”nın baş məşqçisi olub.
Aut.az
