Seneqalda qaçırılan 18 yaşlı qapıçı bu ölkədə ölü tapıldı
18 yaşlı seneqallı qapıçı Şeyk Ture Qanada ölü tapılıb.
Aut.az xəbər verir ki, “Footmercato”nun məlumatına görə, futbolçu bir qrup şəxs tərəfindən aldadılaraq qaçırılıb.
Mənbənin sözlərinə görə, qaçıranlar futbolçunun ailəsindən pul tələb ediblər, lakin onlar tələb olunan məbləği toplaya bilməyiblər. Bundan sonra gənc qapıçının cinayətkarlar tərəfindən öldürüldüyü ehtimal edilir.
Seneqal Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Qana səlahiyyətliləri ilə birgə araşdırma elan edib.
Aut.az
